Inferno

Classical, Violin, G Minor

April 13th, 2024suno

Lyrics

Getdiyimiz o yerdə, mən ki, sənə demişəm, "Görəcəksən kölgələr əzaba dözə-dözə Necə ağıllarını itirirlər dəmadǝm". Mənə tərəf çevrildi, baxdım o sakit üzə, Qorxu duymayım deyə yapışdı əllərimdən, Məni çəkib apardı bir əsrarlı dəhlizə. Küt çığırtı-bağırtı, hıçqırıq, nalə, şivən O qədər güclüydü ki, o ulduzsuz zülmətdə Əvvəlcə göz yaşımı saxlaya bilmədim mən. Qırıq-qırıq kəlmələr eşidilir dəhşətlə, Hər sözdə ağrı, qəzəb, yalvarış var, qorxu var, Hərəkət edən əllər açılıb şikayətlə, Bir-birinə qarışan çığırtılar, haraylar Nur düşməyən zülmətdə qalıb belə nə vaxtdan, Coşqun bir qasırğaya dönüb qəzəbli ruhlar. Seyr etdikcə beynimi dəhşət içində sıxan Bu aləmi soruşdum: "Kimindir bu nalələr? Kimlərdir əzabların məğlub etdiyi insan?" Bu acı tale ki, var cavabda dindi rəhbər - O alçaqlarındı ki, yaşayaraq dünyada Nə ölümdən qorxdular, nə şərəf-şan bildilər. Ağılsız mələklər də onlarla bir sırada Nə xaliqǝ sidq ilə durub xidmət elədi, Nə üsyana qalxdılar - dayandılar arada. Göylər ləkə götürmür, başlara od ələdi, Cəhənnəm də onları qəbul etməyir indi, Yoxsa günah özü də sevinərdi; belədi”. Soruşdum: “Müəllimim, bu adamlar, nədəndi Əzab çəkəndə belə eləyirlər şikayət?” “Söyləyərəm bu saat, — cavabımda o dindi, - Onlar ölmək istəyir, ölə bilmirlər fəqət, O qədər ağırdı ki, bu həyatın nəfəsi Başqa cəza onlara görünərdi səadət. Yer üzündə qalmayıb onların xatirəsi, Hakim də, mərhəmət də onlardan düşüb uzaq, Bax – keç, burda rəhmlə yada salma bir kəsi!” Soruşdum: “Müəllimim, bu adamlar, nədəndi Əzab çəkəndə belə eləyirlər şikayət?” “Söyləyərəm bu saat, — cavabımda o dindi, - Onlar ölmək istəyir, ölə bilmirlər fəqət, O qədər ağırdı ki, bu həyatın nəfəsi Başqa cəza onlara görünərdi səadət. Yer üzündə qalmayıb onların xatirəsi, Hakim də, mərhəmət də onlardan düşüb uzaq, Bax – keç, burda rəhmlə yada salma bir kəsi!” Yada salma bir kəsi! (Outro)

Recommended

Bitcoin Revolution
Bitcoin Revolution

uk drum and bass high-energy electronic

Subterranean Pulse
Subterranean Pulse

instrumental,idm,drill and bass,electronic,acid breaks,complex,mechanical,chaotic,anxious,manic,instrumental,aggressive,energetic

Bluffing Hearts
Bluffing Hearts

melodic acoustic light

Infernal Insomnia
Infernal Insomnia

Phonk, Salsa

Oculi omnium in te sperant Domine
Oculi omnium in te sperant Domine

male vocalist,jazz,melodic,warm,happy,playful

Pepa dělá rukama
Pepa dělá rukama

beats hip-hop

Memories of "A Better Name Than That" V2
Memories of "A Better Name Than That" V2

pop, electro, heavy metal, electronic

My strength is myself
My strength is myself

electro dance

Another Day
Another Day

acapella, bass, beat, chirpy, happy

Sun Goes Down
Sun Goes Down

relax night vibe, catchy , dark

Night Sky Dreams
Night Sky Dreams

mellow lofi chill

Jzjana
Jzjana

Bangla pop,

Penilik yang Tangguh
Penilik yang Tangguh

rhythmic pop uplifting

Flash
Flash

Trance a spine-tingling tangle of hardcore, ambient and Balearic

we all want
we all want

british male voices beatles style rock and roll 1969, drum and bass guitar ballad