Axi dunya firlanir

melodic samba

April 26th, 2024suno

歌词

(Verse 1) Vaxtın dəyirmanında daş əridi, qum oldu, Tarixə atdığıımız qayıtdı, lüzum oldu. Dünənin həqiqəti bu gün tərs yozum oldu, Niyə də yozulmasın, axı, dünya fırlanır. Çox ovlaqlar içində çox ovları ovladım, Aşıb-daşan arzumu mən artıq cilovladım. Mən atamı ötmüşəm, məni ötür övladım, Bu, belə də olmalı, axı, dünya fırlanır. (Chorus) Necə dönür bu dövran, necə dönür bu gərdiş, Tazıların üstünə dovşanlar da gülərmiş. Dünya bina olandan hər şey dəyişilərmiş, Dəyişməsin neyləsin, axı, dünya fırlanır. (Verse 2) Dünən düz sandığımı bu gün əyri sanıram. Bəzən olur, özümdən özüm oğurlanıram. Hər il başqa arzunun başına fırlanıram, Niyə də fırlanmayım, axı, dünya fırlanır... Çox əyilən görmüşəm, əyilməyən başları. Sular duruldu, gördük dibindəki daşları Ünvanmı dəyişdi dünənin alqışları; Niyə də dəyişməsin, axı, dünya fırlanır... Əbədini dünyada mən əbədi sanmadım, Bir atəşə tutuşdum, min atəşə yanmadım, Bütlər gəldi və getdi, birinə inanmadım Niyə inanmalıyam, axı, dünya fırlanır. Fırlandıqca bu dünya, yox da dönüb var olur, Quruyan çeşmələrdən sular yenə car olur. Bu dünyanm xeyri də, şəri də təkrar olur, Niyə təkrar olmasın? Axı, dünya fırlanır. Min-min illər bu dünya beləcə fırlansa da, Bir yuvanın bülbülü min budağa qonsa da, Aylar, illər, fəsillər bir-birini dansa da, Dəyişməzdir əqidəm, çox da dünya fırlanır, Nə qədər istəyirsə, min o qədər fırlana, Qarşıma gah şər çıxa, gah xeyir dığırlana. Çərxi-fələk istəyir lap dolana tərsinə, Əqidəmi heç nəyə dəyişmərəm mən yenə. Necə dönür bu dövran, necə dönür bu gərdiş, Tazıların üstünə dovşanlar da gülərmiş. Dünya bina olandan hər şey dəyişilərmiş, Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

推荐歌曲

Bud
Bud

Southern Rock, Red Dirt Country

poetry
poetry

viking metal

அறிவின் பயணம்
அறிவின் பயணம்

Breakbeat Trance Disco Chillsynth EDM

Andalucía
Andalucía

spanish flamenco

Kung Katulad ng Dati
Kung Katulad ng Dati

choral, operatic, dramatic, orchestral, slow, female singer, christmas vibes, holiday, soprano, belting, high notes

City Dreams
City Dreams

czech hard style, russian hard style

Neon Rhapsody
Neon Rhapsody

electronic,electronic dance music,techno,tech house,house,electro

Shoes v2
Shoes v2

[Dark Electropop], [Power Metal], Eerie, Dark, Menacing, complex, dark jazz, hypnotic beats, acid, electronic, piano

Calm Japan
Calm Japan

lo-fi japanese countryside, calm and little nostalgic

夏天
夏天

電吉他, swing, electro, synth

Stormy the Spunky Dog
Stormy the Spunky Dog

folk sea shanty

Бьёт молния
Бьёт молния

happy, banjo, anime, epic, orchestral

Blue Horizon
Blue Horizon

edm fast tempo electronic

Pergi Tanpa Bayang
Pergi Tanpa Bayang

Metal, strings, violin, piano, gangsta

Hidden Civilization
Hidden Civilization

ambience, hidden tribal city

horace
horace

psychedelic hip-hop instrumental, underground boom bap, percussive sample, tabla, abstract hip-hop beat, alternative rap

Timeless
Timeless

Soft female vocal, Acoustic guitar, Acoustic, No drums, calm